Hələbə köç başlayıb
Suriyada Hələb şəhərinin müxalif qüvvələr tərəfindən nəzarətə götürülməsindən sonra Türkiyənin Hatay və ətraf vilayətlərində yaşayan suriyalılar ölkələrinə köçməyə başlayıb.
“TV1” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam”ın Hələbi Azad Suriya Ordusunun dəstəyi ilə ələ keçirdiyi bildirilir. Eyni zamanda, ASO Tel-Rıfatı da PKK-dan azad edib. Hazırda Tel-Rıfata Türkiyə xüsusi təyinatlıları yeridilib və suriyalıların Tel-Rıfatla bərabər Hələbə də yerləşdirilməsinə başlanılıb.