media-1200x100

Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub

media-ads_728_90

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

“TV1” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik.

media-ads_728_90
Paylaş