media-1200x100

Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb

media-ads_728_90

İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

“TV1” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Prezidentin köməkçisi İsxak Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

İsrail Prezidenti isə öz növbəsində minnətdarlığını bildirib və onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional məsələlər müzakirə edilib.

Qeyd edək ki, H.Hacıyev dekabrın 8-dən İsraildə səfərdədir.

media-ads_728_90
Paylaş