Hindistan İrandan vətəndaşların təxliyəsinə görə Azərbaycana təşəkkür edib

media-ads_728_90

Hindistan İrandan öz vətəndaşlarının təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

“TV1” xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

“Hindistan vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk”, – deyə paylaşımda bildirilir.

Martın 30-u saat 10:00-a olan məlumata görə, fevralın 28-i saat 08:00-dan etibarən Hindistanın 196 vətəndaşı təxliyə edilib. Ümumilikdə bu müddət ərzində 3 094 nəfər təxliyə olunub.

media-ads_728_90
Paylaş