media-1200x100

Hindistanda festivalda izdiham – Ölənlərin və yaralananların sayı artıb

media-ads_728_90

Hindistanın Kumb-Mela dini festivalında ölənlərin sayı artıb.

“TV1” xəbər verir ki, yüz minlərlə insanın iştirak etdiyi festivalda yaranmış izdihamda 30 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilir.

Dünyanın dörd ən böyük dini mərasimlərdən biri sayılan “Kumb-Mela” festivalına bu il 100 milyondan çox hindus zəvvarın qatıldığı deyilir.

Qeyd edək ki, “Kumb Mela” hindistanlıların ən kütləvi dini mərasimlərindən sayılır. Hər 12 ildən bir milyonlarla zəvvar Hindistanın müqəddəs sayılan 4 müxtəlif çayına toplaşır və günahlardan təmizlənmək və xeyir-dua almaq ümidi ilə suya baş vurur.

media-ads_728_90
Paylaş