Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı 20-yə çatıb
Hindistanın Carkhand ştatında son sutka ərzində ildırım vurması nəticəsində azı 20 nəfər həlak olub.
“TV1” xəbər verir ki, bu barədə avqustun 6-da Prasar Bharati teleradio korporasiyası məlumat yayıb.
Həlak olanların ən çoxu Giridih dairəsində qeydə alınıb. Burada 11 nəfər həyatını itirib. Əlverişsiz hava şəraiti ştatın daha bir neçə rayonuna da ciddi ziyan vurub. Hindistan Meteorologiya Departamenti qarşıdakı üç gün üçün narıncı təhlükə səviyyəsi elan edib.
Prasar Bharati bildirir ki, son sutka ərzində Carkhandda musson yağışları güclənib, güclü leysan və ildırımlarla müşayiət olunub. Avqustun 5-də polis ştatda ildırım vurması nəticəsində 13 nəfərin həlak olduğunu açıqlamışdı.








