Hindistanda pələnglər son iki ayda 5 nəfəri parçalayıblar
Hindistanda pələnglər son iki ay ərzində 5 nəfəri parçalayıblar.
“TV1” xəbər verir ki, oktyabrın 4-də Hindistanın Uttar-Pradeş ştatının Nayaqaon Şahpur kəndində tarlada ot biçən fermeri pələnglər parçalayaraq yeyib.
Qeyd olunur ki, bu, son iki ay ərzində ölümlə nəticələnən beşinci belə hadisədir.
Sakinlər öz müdafiələri üçün addımlar atsalar da, yerli hakimiyyət strukturları vəhşi heyvanların müdafiəsi adı altında qadağanedici tədbirlər tətbiq ediblər. Nəticədə etiraz aksiyalarına qalxan sakinlərə qarşı polis tərəfindən güc tətbiq edilib.
Yerli hakimiyyət strukturları tərəfindən mövcud reallıq nəzərə alınmaqla maksimal dərəcədə qayda-qanunu bərpa etmək sahəsində addımlar atılır. Polislər vəhşi heyvanlar tərəfindən sakinlərə olan hücumların qarşısını alacaqlarına söz versələr də, təhlükəli vəziyyət qalmaqdadır.