“Hizbullah” lideri öldürülüb
“Hizbullah” lideri Şeyx Həsən Nəsrullah öldürülüb.
“TV1” xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, onunla sonuncu dəfə əlaqə sentyabrın 28-də yaradılıb. Lakin İsrailin Beyruta aviazərbələrindən sonra Nəsrullah bir daha tərəfdarları ilə bağlantı qurmayıb.
Hələlik “Hizbullah” öz liderinin ölümünü nə təsdiq, nə də təkzib edib.