Hörmüz boğazında gəmi mərmi ilə vurulub

media-ads_728_90

Hörmüz boğazında tankerə mərmi ilə atəş açılıb. Hadisə zamanı gəminin mühərrik hissəsinə zərər dəyib.

‘’TV1’’  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ticarət Gəmiçiliyi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ekipaj üzvləri arasında xəsarət alan olmayıb, ətraf mühitə ziyan dəyməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş