media-1200x100

İcma UNESCO-nu İrəvandakı Təpəbaşı məscidinin bərpası üçün Ermənistana təzyiq göstərməyə çağırıb

media-ads_728_90

Qərbi Azərbaycan İcması UNESCO-nu İrəvandakı Təpəbaşı məscidi ilə bağlı təxirəsalınmaz addımlar atmağa, Ermənistana təzyiq göstərməyə çağırıb.

“TV1” xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, sosial şəbəkələrdə bir bloqerin İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarını lentə aldığı görüntülər yayılıb:

“Həmin görüntülərdən aydın olur ki, məscid hazırda spirtli içkilərin istehlak edildiyi məkana çevrilib. Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır.

Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir.

Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən, məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq.

Biz Ermənistan hökumətindən, Azərbaycan xalqına məxsus bütün dağıdılmış və ya saxtalaşdırılmış mədəniyyət abidələrinin bərpası və qorunması istiqamətində öhdəliklərini dərhal yerinə yetirməyi tələb edirik”.

media-ads_728_90
Paylaş