media-1200x100

İctimai nəqliyyata kiberhücum olub, kartla ödəniş terminalları deaktiv edilib - VİDEO

media-ads_728_90

Tbilisinin ictimai nəqliyyatına kiberhücum olub.

“TV1”-ə Tbilisi müxbiri xəbər verir ki, səhər saatlarında ictimai nəqliyyat vasitələrinə quraşdırılmış kartla ödəniş terminalları etirazçıların hakimiyyət və Rusiya əleyhinə şüarlarını, Gürcüstan himnini səsləndirməyə başlayıb.

Kiberhücumla əlaqədar sərnişin ödəniş sistemi şəhər meriyası tərəfindən müvəqqəti deaktiv edilib. Qeyd olunub ki, ictimai nəqliyyatda quraşdırılmış avadanlıqlara texniki dəstək “Bank of Georgia”nın podratçı şirkətləri olan “MS+” MMC və “Azri” MMC tərəfindən göstərilir və sözügedən şirkətlərin nümayəndələri problemlə əlaqədar operativ şəkildə işə başlayıb. Bu müddətdə ictimai nəqliyyatın sərnişinlərə ödənişsiz xidmət göstərəcəyi qeyd edilib.

media-ads_728_90
Paylaş