II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd imzalanıb
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində 11 sənəd imzalanıb.
“TV1” xəbər verir ki, bunlar aşağıdakılardır:
1. Tikinti və inkişaf sahəsində əməkdaşlıq – Anar Axundov (iqtisadiyyat nazirinin müavini) və Ta Ngoc Da (“ROX Group” Səhmdar Cəmiyyətinin Baş icraçı direktorunun müavini) imzalayıb;
2. Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlıq – Azər Bayramov (iqtisadiyyat nazirinin müavini) və Qabriela Popesku (“Microsoft Romania, Moldova & CIS” şirkətinin Baş meneceri) imzalayıb;
3. Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq – Elnur Soltanov (energetika nazirinin müavini) və Pham Minh Tuan (“Energy Companies – ROX Group” İcraiyyə Şurasının sədri) imzalayıb;
4. Yeni texnologiyalar əsasında Silisium Karbid, Silisium Oksid və Silisium İstehsalı – Valeh Ələsgərov (Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri) və Vitali Yevdokimenko (“Inoyest AFEZCO”nun təsisçisi) imzalayıb;
5. ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri – Seymur Orucov (Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı) və Zoltan Peter Ştuxlik (“iCsquared GmbH”, İsveçrə şirkətinin nümayəndəsi) imzalayıb.
6. Ağdam quşçuluq layihəsi – Ülvi Mansurov (“Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin İdarə Heyətinin sədri), Niyazi Əmirbəyov (“PAŞA Holdinq” MMC-yə məxsus “Agro Dairy” MMC-nin Baş icraçı direktoru) və Petr Çinqr (“AGROFERT, a.s.” İdarə Heyətinin sədr müavini) imzalayıb;
7. Baytarlıq peyvəndlərinin istehsalı layihəsi – Ülvi Mansurov və Abdullah Tutak (“VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş.” direktoru) imzalayıb;
8. Əczaçılıq istehsalı müəssisəsinin yaradılması – Ülvi Mansurov və Ondrej Draqun (“Saneca Pharmaceuticals, a.s.” şirkətinin Baş maliyyə direktoru) imzalayıb;
9. Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun “Azər-Türk Bank” ASC-də Nəzarət Etməyən Pay Əldə Etməsi Dəyanət Sədullayev (Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsini icra edən) və Saif Almahrouqi (Oman İnvestisiya Qurumunun “G2G Funds” üzrə Böyük meneceri) imzalayıb;
10. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və “Esyasoft” şirkəti arasında əməkdaşlıq – Rövşən Nəcəf (SOCAR-ın prezidenti), Zaur Mikayılov (ADSEA-nın sədri) və Bibin Çandra (“Esyasoft”un nümayəndəsi) imzalayıb;
11. İnvestisiyaların təşviqi sahəsində Azərbaycan və Ukrayna arasında Əməkdaşlıq – Yusif Abdullayev (AZPROMO-nun İcraçı direktoru) və Maryna Xlistun (“UkraineInvest”in İcraçı direktoru) imzalayıb.








