İlon Maskın 13 övladı doğulub
İlon Mask 13-cü dəfə ata olub.
“TV1” xəbər verir ki, yazıçı Eşli Sent Kler Maskdan övlad dünyaya gətirib.
O, uşağın 5 ay əvvəl doğulduğunu, amma bunu gizlətdiyini bildirib.
“Bunu övladımızın məxfiliyini və təhlükəsizliyini qorumaq üçün açıqlamadım. Mediadan xahiş edirəm ki, övladımızın şəxsi həyatına hörmət etsinlər və müdaxilə xəbərlərindən çəkinsinlər” – deyə, Eşli söyləyib.
İlon Mask 13-cü övladı ilə bağlı məlumatı nə təkzib, nə də təsdiq edib.
Qeyd edək ki, milyarderin Castin Uilsonla ilk evliliyindən altı, ən kiçiyi bir yaşında olan Siobhan Zilisdən üç, 2021-ci ildə ayrıldığı müğənni Qraymsdan üç övladı var.