media-1200x100

İlon Maskın oğlu Donald Trampın mətbuat konfransını pozub - FOTO 

media-ads_728_90

Donald Tramp və İlon Maskın birgə bəyanatı zamanı Ağ Evin Oval kabinetində qeyri-adi mənzərə yaranıb.

“TV1” xəbər verir ki, siyasətçilər dövlət aparatında islahatları müzakirə edərkən, Maskın dörd yaşlı oğlu X ictimaiyyətin diqqətini çəkib.

Demokratiya və büdcə xərcləmələri ilə bağlı söhbətlərdən canı sıxılan uşaq atasının üzünə toxunub, sözünü kəsib. O, sonra Trampın qulağına nəsə pıçıldayıb. Prezident D.Tramp isə İ.Maskın oğluna gülümsəyərək cavab verib.

Kiçik Mask sonra ətrafındakılara məhlə qoymadan burnunu təmizləyib. Bu an isə sosial şəbəkələrdə xeyli diqqət çəkib.

Qeyd edək ki, İlon Mask oğlu ilə bir neçə dəfə rəsmi tədbirlərdə iştirak edib və bu təsadüfi deyil. Milyarder əmindir ki, dünya məhsuldarlıq böhranı ilə üzləşir və müntəzəm olaraq insanları daha çox uşaq dünyaya gətirməyə təşviq edir. Özü də üç fərqli qadından 12 uşaq atasıdır.

media-ads_728_90
Paylaş