İndoneziya bərəsinin qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
İndoneziyanın “Virgo Transport 8” gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb. İtkin düşmüş insanların axtarışlarına artıq 1 000-dən çox xilasedici cəlb olunub.
“TV1” xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, axtarış-xilasetmə əməliyyatının gedişində 186 nəfərin yeri müəyyən edilib. Onlardan 108 nəfər xilas olunub. Daha 57 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Xatırladaq ki, bərə sentyabrın 13-də Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Bandjarmasin şəhərinə gedərkən güclü fırtına zamanı itib. Gəmidə ümumilikdə 243 nəfər, o cümlədən 30 ekipaj üzvü olub.








