İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
İndoneziyada sərnişin gəmisinin aşması nəticəsində ölənlərin sayı 78-ə çatıb.
“TV1” Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, gəmidə olan 243 nəfərdən 108-i xilas edilib, 57 nəfərin axtarışı isə davam etdirilir. Bildirilib ki, “Virgo Transport 8” gəmisi sentyabrın 12-də Şərqi Yavanın Surabaya şəhərindən Cənubi Kalimantanın Banjarmasin şəhərinə yola düşüb. Pis hava şəraiti ilə qarşılaşan gəmi ilə əlaqə sentyabrın 13-də kəsilib.
Xilasedicilər gəminin içərisindən və Mərkəzi Kalimantan sahillərindən meyitlər aşkar ediblər.
Qeyd edək ki, təxminən 17 min adadan ibarət İndoneziyada adalararası nəqliyyatda bərə və digər dəniz nəqliyyatı vasitələrindən geniş istifadə olunur.








