İran 2 milyon immiqrantı deportasiya etməyə hazırlaşır
“İran 2025-ci ilin mart ayına qədər ölkədən təxminən 2 milyon immiqrantın göndərilməsini planlaşdırır”.
“TV1” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İran Polis Təşkilatının Baş Komandanı Əhməd Rıza Radan açıqlama verib.
O, ölkədəki qeyri-qanuni mühacir probleminə qarşı müvafiq qurumlarla birlikdə tədbirlər görməyə çalışdıqlarını bildirib.
“Bu ilin sonundan etibarən qeyri-qanuni yollarla ölkədə olan xeyli sayda icazəsiz xarici vətəndaşı deportasiya edəcəyik. Xüsusilə son illərdə təhlükəsizlik, siyasi və iqtisadi problemlərin yaşandığı Əfqanıstandan İrana qeyri-qanuni mühacirlərin intensiv axını müşahidə olunur. İranda təxminən 5 milyon əfqan var və onların əksəriyyəti qeyri-qanuni mühacirdir. Qanunsuz immiqrantlar ölkəni tərk etməlidir”, – deyə Radan qeyd edib.