İran ABŞ-ın BƏƏ-dəki hərbi bazasına hücum edib - Güclü partlayış olub

media-ads_728_90

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri BƏƏ-dəki “Əd-Dəfra” ABŞ hərbi bazasının ərazisindəki sursat anbarına zərbə endirib.

“TV1” xəbər verir ki, bu barədə SNN telekanalının təqdim etdiyi SEPAH-ın bəyanatında bildirilib.

Məlumata görə, bazada güclü partlayış baş verib, nəticədə ABŞ hərbçiləri qırıcıları həmin bazadan çıxarıb başqa yerlərdə yerləşdirmək məcburiyyətində qalıblar.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib.

 

media-ads_728_90
Paylaş