İran Silahlı Qüvvələrinin rəsmisi: Müharibə Novruz bayramınadək başa çata bilər
ABŞ, İsrail və İran arasında münaqişə martın 21-nə qədər başa çata bilər.
“TV1” xəbər verir ki, ISNA agentliyinin məlumatına görə, bu barədə İran Silahlı Qüvvələrinin baş komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi bildirib.
“Düşünürəm ki, bu müharibə Novruz bayramınadək başa çatacaq. Mənim fikrim belədir: əgər biz əməliyyatların fasiləsizliyini təmin etsək, ABŞ və İsrail uzunmüddətli müharibəyə tab gətirə bilməyəcək və uzun müddət davam etdirə bilməyəcəklər”, – o deyib.








