İranda güclü zəlzələ olub
Bu gün yerli vaxtla 09:12-də İranın cənubunda yerləşən Buşehr vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri vilayətin Cəm rayonunda olub. Yeraltı təkanların ocağı 18 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Zəlzələnin baş verdiyi əraziyə ehtimal olunan xəsarətlərin dəyərləndirilməsi üçün xilasedicilər ezam olunub. Zəlzələnin üç afterşoku qeydə alınıb və vilayətin bütün xilasetmə idarələri hazır vəziyyətinə gətirilib.