İranda avtobus qəzasında ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

media-ads_728_90

İranın cənubunda Fars əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 21 nəfər həlak olub, 25 nəfər xəsarət alıb.

“TV1”  xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara cəmiyyətinin rəhbəri Hüseyn Dərvişi bildirib.

O bildirib ki, Firuzabad və Kəvar şəhərləri arasındakı avtomobil yolunda qəzaya uğrayan avtobus Məşhədə gedirmiş.

14:13  ——————————————————————————————————————————————————-

Bu gün İranın cənubunda yerləşən Fars vilayətində sərnişin avtobusu aşıb.

“TV1” xəbər verir ki,  avtobusun aşması nəticəsində 15 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Hadisə yerinə 11 təcili yardım maşını və 2 avtobus cəlb olunub.

 

media-ads_728_90
Paylaş