"TV1"-in efirində yeni PROQRAM

media-ads_728_90

“TV1” kanalının efirində yeni “Universitet–sənaye əməkdaşlığı” proqramına start verilir.

Proqram “TV1” kanalının iqtisadi məsələlər üzrə müşaviri, iqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədovun təqdimatında tamaşaçıların görüşünə gələcək.

Proqramın ideya xətti ilə bağlı fikirlərini bizimlə bölüşən professor Z.Məmmədov bildirib ki, aktual mövzuların televiziya müstəvisinə gətirilməsi, müxtəlif sahələrin peşəkarlarını bir araya gətirərək fikir mübadiləsi üçün platforma yaradılması xüsusi təqdirəlayiqdir:

“İlk proqramda Azərbaycan iqtisadiyyatının inkişafında universitet–sənaye əməkdaşlığının rolu, elm və biznes arasında əlaqələrin gücləndirilməsi, innovasiya və startap ekosisteminin inkişafı mövzusunda “TV1″ kanalının efirində ölkə iqtisadiyyatının tanınmış ekspertləri ilə geniş və maraqlı müzakirə apardıq. Müzakirədə Ph Dr. Fuad İbrahimov, Ph Dr. Orman Sultanlı və innovator Vüsal Kərimli ilə birlikdə universitet, elm, sənaye və innovasiya arasında daha səmərəli əməkdaşlıq mexanizmlərini, mövcud imkanları və qarşıda duran çağırışları ətraflı müzakirə etdik. Əminəm ki, müasir dövrdə universitet yalnız bilik və kadr hazırlayan müəssisə deyil, həm də innovasiya yaradan, sahibkarlığı təşviq edən, sənayenin problemlərinə elmi həllər təqdim edən və ölkənin iqtisadi inkişafına birbaşa töhfə verən strateji mərkəz olmalıdır. Dəyərli fikirləri və peşəkar yanaşmaları ilə müzakirəyə töhfə verən Fuad İbrahimova, Orman Sultanlıya və innovator Vüsal Kərimliyə təşəkkür edirəm”.

Z.Məmmədov qeyd edib ki, elm–universitet–sənaye–biznes əməkdaşlığı Azərbaycanın yeni iqtisadi inkişaf modelinin mühüm dayaqlarından biri olmalıdır: “Çünki elm yalnız auditoriyada və laboratoriyada qalmamalı, istehsala, innovasiyaya və real iqtisadi dəyərə çevrilməlidir”.

Proqramın ilk buraxılışına bu gün axşam saatlarında baxa bilərsiniz.

media-ads_728_90
Paylaş