media-1200x100

İranda silahlı hücum olub, SEPAH komandiri və daha 5 nəfər öldürülüb – VİDEO

media-ads_728_90

İranda silahlı hücum olub, 6 nəfər ölüb.

“TV1” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Naməlum şəxslərin silahlı hücumu nəticəsində Sistan və Bəlucistan vilayətinin Nikşəhr rayonunda yerləşən Bent şəhərinin SEPAH komandiri Pərviz Kadxodaei öldürülüb.

Hücum zamanı Bent Şəhər Şurasının rəhbəri Yusif Şirani, hərbi xidmətə çağırılan iki əsgər və daha 2 nəfər də həyatını itirib.

İki nəfər isə ağır yaralanıb.

 

media-ads_728_90
Paylaş