media-1200x100

İranda terror aktı baş verib – 4 nəfər ölüb

media-ads_728_90

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Bent şəhərində terror aktı baş verib.

“TV1” xəbər verir ki, bu barədə İranın Sistan və Bəluçestan vilayətinin Nikşəhr rayonunun qubernatoru Mocib Həsəni yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə şəhərdəki orta məktəblərdən birində keçirilən tədbirdən sonra baş verib. Terror aktı nəticəsində 4 nəfər, o cümlədən İslam İnqilabı Keşikçilər Korpusunun Nikşəhr komandanı və şəhər şurasının sədri ölüb.

Həsəni terror aktı nəticəsində 2 nəfərin yaralandığını və yaralılardan birinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş