İrandan daha 11 nəfər Azərbaycana təxliyə edilib

media-ads_728_90

İrandan martın 18-i saat 13:00-15:00 aralığında daha 11 nəfər Azərbaycana təxliyə edilib.

“TV1” xəbər verir ki, onların 3-ü Azərbaycan, 4-ü Hindistan, 2-si Çin, 1-i Polşa, 1-i isə Rusiya vətəndaşıdır.

Həmin şəxslər “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunublar.

 

media-ads_728_90
Paylaş