media-1200x100

İranın Baş Qərargah rəisi: İsrailə qarşı hərbi aktivlik Haniyənin qətlinə cavabdır

media-ads_728_90

“İsrailə qarşı hərbi aktivlik HAMAS lideri İsmail Haniyə və digərlərinin qətlinə cavab xarakteri daşıyır”.

“TV1” xəbər verir ki, ISNA-nın yaydığı məlumata görə, bunu İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqeri deyib.

O qeyd edib ki, hərbi aviasiyanın həyata keçirdiyi adekvat tədbirlər nəticəsində MOSSAD-ın İsrail ərazisindəki obyektlərindən biri, eləcə də üç nəhəng aviabaza hədəfə alınıb.

Bu hərbi obyektlərdən biri şəxsi heyəti “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın qətlində iştirak edən “Hatzerim” aviabazası olub.

media-ads_728_90
Paylaş