İranın birinci vitse-prezidenti İrəvana gedib
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bu gün İrəvana gedib.
“TV1” xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidentinin informasiya portalı məlumat yayıb.
Bildirilir ki, İranın birinci vitse-prezidenti Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin rəhbərlərinin iclasında iştirak edəcək.
İran rəsmisi 1 günlük səfər çərçivəsində iclasda iştirak edən dövlətlərin nümayəndələri ilə görüşlər keçirəcək.