İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb
İran səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
“TV1” xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bildirib.
O qeyd edib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdüyü iddialar gündəmə gətirilib.
Qeyd edək ki, daha əvvəl Türkiyə XİN rəhbəri Hakan Fidan İranın Suriyada qeyri-sabitlik yaratmaq cəhdləri və PKK/YPG-yə dəstəyindən vaz keçməyə çağırıb. Bu açıqlamadan sonra Türkiyənin İrandaki səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.