media-1200x100-50faiz

İranın vitse-prezidenti Zərif istefa verib

media-ads_728_90

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.

“TV1” xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd olunub ki, Prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

media-ads_728_90
Paylaş