media-1200x100

İranla dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk - Azərbaycan Prezidenti

media-ads_728_90

“Prezident İlham Əliyev İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Prezident Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb”.

“TV1” xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib:

“Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olan xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanır. Hazırda ölkələrimiz iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər. Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur. İnanıram ki, ölkələrimizin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir”.

Azərbaycan Prezidenti belə bir xoş gündə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

media-ads_728_90
Paylaş