"İrəvan-Şah Damarımız" tədbiri keçirilib - FOTO
Bu gün Gəncliyə Yardım Fondunda “İrəvan-Şah Damarımız” adlı tədbir keçirilib.
“TV1” xəbər verir ki, tədbirin açılışında Azərbaycanın dövlət himni səsləndirildi.
Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğurunda həlak olan şəhidlərimiz və Ümummilli liderimiz Heydər Əliyev bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsinin diplomatı Şahin Əliyev çıxış etdi.
Sonra çıxşı edən “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə xanım Rizazadə soydaşlarımızın Ermənistandan qovulması ilə bağlı fikirlərini bölüşdü.
Daha sonra söz alan Qərbi Azərbaycan İcmasının Qafan rayon şöbəsinin Gənclər Şurasının idarə heyətinin üzvü, Əbədi Birlik Gənclər İctimai Birliyinin üzvü Ayşə Abbaslı Ermənistandan zorla çıxarılmış soydaşlarımızın ata yurdlarına geri dönmələrilə bağlı çox iş görülməli olduğunu vurğuladı.
Tədbir bədii hissə ilə davam etdi. Qiraətçilərin çıxışları dinlənildi.
İlkanə Vaqifqızı