İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edilib
İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
“TV1” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
İrfan Davudov buna qədər Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamdakı səfiri vəzifəsində çalışırdı.
Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.








