İşğaldan azad edilmiş ərazilərdə mina partlayışlarında ölənlərin sayı AÇIQLANDI

media-ads_728_90

2020-ci ilin noyabr ayından cari ilin 4 aprel tarixinədək 259 mina partlayışı nəticəsində 72 nəfər həlak olub, 349 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən aparılan intensiv işlər nəticəsində 261 551 hektar ərazi təmizlənib, 246 463 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

İcra edilən minatəmizləmə əməliyyatları ilə yanaşı vətəndaşların mina təhlükəsindən qorunması məqsədilə mina və digər partlayıcı sursat təhlükəsi yüksək olan ərazilər konservasiya edilərək müvəqqəti olaraq çəpərlənir.

media-ads_728_90
Paylaş