media-1200x100

İsrail BMT-nin baş katibini “arzuolunmaz şəxs” elan edib

media-ads_728_90

“İsrail BMT-nin baş katibini Antoniu Quterreşi “arzuolunmaz şəxs” elan edib”.

“TV1” xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu gün mən BMT-nin baş katibi Antoniu Quterreşi İsraildə persona non-qrata elan etdim və ölkəyə girişini qadağan etdim. İranın İsrailə qarşı iyrənc hücumunu birmənalı şəkildə pisləyə bilməyən hər kəs İsrail torpağına ayaq basmaq haqqına layiq deyil”, – deyə İ.Katz bildirib.

Onun sözlərinə görə, İsrail öz vətəndaşlarını və milli ləyaqətini qorumağa davam edəcək.

Qeyd edək ki, 1 oktyabrda İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) “Doğru Vəd 2” adlı əməliyyatda İsrailə onlarla ballistik raket atdığını elan edib.

media-ads_728_90
Paylaş