media-1200x100

İsrail fələstinli məhbusları sərbəst buraxmağa başlayıb

media-ads_728_90

HAMAS-ın Qəzza bölgəsində atəşkəs rejimi haqda sazişi çərçivəsində 3 əsiri azad etməsindən sonra İsrail tərəfi fələstinli məhbusları tədricən sərbəst buraxmağa başlayıb.

“TV1” xəbər verir ki, sərbəst buraxılmış fələstinli məhbusların ilk partiyasını daşıyan mikroavtobus Ramallahda böyük izdiham tərəfindən alqış sədaları ilə qarşılanıb.

Hər hansı insidentin yaranmaması üçün İsrail şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib.
Qeyd edək ki, bu gün İsrail tərəfi razılaşmaya əsasən 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

media-ads_728_90
Paylaş