media-1200x100

İsrail “Hizbullah”a qarşı quru əməliyyatına başlayıb

media-ads_728_90

İsrail Silahlı Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü “Hizbullah” təşkilatının “obyektlərini və infrastruktrunu sıradan çıxarmaq” məqsədilə quru əməliyyatına başlayıb.

“TV1” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat istiqamətində İsrailin şimalında, Livan sərhədində yerləşən Kiryat Şimona şəhərindən raket hücumu həyata keçirilib.

Bildirilir ki, sözügedən obyektlər Livanın cənubundakı yaşayış məntəqələrinin ərazisində yerləşir.

Yerli mediada həmin məntəqələr sırasında Mərcəyun, Vəzzani, Xəyyam və s.-nin adı çəkilir. “Hizbullah” məhz bu və ətraf nöqtələrdən İsrailin şimalına doğru mütəmadi raket hücumları həyata keçirirdi.

Digər tərəfdən, münaqişənin yeni mərhələyə girməsi fonunda Livan əhalisinin Suriyaya mühacirət sayı artıb. Xarici ölkələr də öz vətəndaşlarını bu ölkədən çıxarmaq üçün səy göstərməkdədir.

media-ads_728_90
Paylaş