media-1200x100

İsrail ordusu Livanda Hizbullahın iki əsas komandirini öldürüb

media-ads_728_90

İsrail ordusu Livanda Hizbullahın iki əsas komandirini öldürüb.

“ TV1”  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvəlləri məlumat yayıb.

Bildirilib ki, İsrail hava zərbələri nəticəsində Livanın cənubunda iki Hizbullah komandiri – Əhməd Mustafa Əlhaj Əli və Məhəmməd Əli Həmədanı öldürülüb.

Məlumata görə, öldürülənlər İsrail ərazilərinə çoxsaylı tank əleyhinə raketlərin buraxılmasına cavabdeh olan Hizbullah komandirləridir .

Bundan əlavə İsrail ordusunun ötən gecə Livanın cənubunda və Beyrutda silah anbarlarına zərbələr endirdiyi qeyd olunub.

O da bildirilib ki, Beyrutdakı zərbələrdən əvvəl mülki şəxslərə dəyən zərəri məhdudlaşdırmaq üçün müxtəlif addımlar atılıb, təxliyə üçün əvvəlcədən xəbərdarlıq edilib.

media-ads_728_90
Paylaş