İsrail ordusu Livandakı bufer zonasını tərk etməyəcək
İsrail Müdafiə Qüvvələrinin (IDF) bölmələri “Hizbullah” təşkilatının fəaliyyəti və Suriyadakı vəziyyətlə bağlı “strateji səbəblər”dən yaxın perspektivdə Livan ərazisində tutduqları mövqeləri tərk etməyəcək.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə “The National” qəzeti məlumat yayıb.
ABŞ və Fransanın vasitəçiliyi ilə 2024-cü il noyabrın 27-də imzalanan ikitərəfli atəşkəs sazişinə əsasən, İsrail fevralın 18-dək öz qüvvələrini Livandan tam çıxarmalı idi. Lakin İsrail ordusunun komandanlığı Livan ərazisindəki beş strateji nöqtəni qeyri-müəyyən müddətə öz nəzarətində saxlayacağını bildirib.
Livan rəhbərliyindəki mənbə qeyd edib ki, ölkə ordusuna maliyyə yardımı göstərən ABŞ əvvəlcə İsrail qoşunlarının mövcudluğunun saxlanılmasına qarşı çıxıb.
“İsraillilər amerikalıları bu beş nöqtədə qalmalı olduqlarına inandıra biliblər”, – deyə mənbə bildirib.