media-1200x100-50faiz

İsrail təhdid edildi – Təl-Əvivə atəş yağdıracağıq

media-ads_728_90

Yəmənin üsyançı hərəkatı Ənsarullahın (husilər) lideri Əbdülməlik əl-Husi İsrail dövlətini təhdid edib.

“TV1” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Fələstin xalqına və HAMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadası başda olmaqla, Fələstin müqavimət qruplarındakı mücahid qardaşlarımıza dəstək olmaq yönündəki mövqeyimiz qətiyyətlidir. İsrail Qəzza zolağında atəşkəsdən yayınmağa çalışır və atəşkəsin ikinci mərhələsinə keçmək üçün vaxt uzadır. Əgər müharibə Qəzzaya qayıdarsa, biz düşmən rejiminin (İsrail) bütün ərazilərinə və xüsusilə də Təl-Əvivə atəş yağdıracağıq”, – deyə Əbdülməlik əl-Husi açıqlamasında bildirib.

media-ads_728_90
Paylaş