media-1200x100

İsrailin Danimarkadakı səfirliyi yaxınlığında partlayış olub

media-ads_728_90

Fələstinin HƏMAS hərəkatının İsrailə hücumunun ildönümündə İsrailin Kopenhagendəki səfirliyinin təxminən 500 metrliyində partlayış baş verib.

“TV1” xəbər verir ki, bu barədə TASS AFP agentliyinə istinadən məlumat yayıb.

Polis hadisənin İsrailin diplomatik missiyasının binası yaxınlığındakı iki partlayışdan beş gün sonra baş verdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 2-də İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib. Bununla bağlı 3 nəfər saxlanılıb. Daha sonra məlum olub ki, səfirliyin yaxınlığında partlayış törətməkdə təqsirli bilinən iki İsveç vətəndaşı terrorçuluqda ittiham olunub.

media-ads_728_90
Paylaş