İsrailin Livana hücumlarında ölənlərin sayı 100-ə çatıb, 400 yaralı – YENİLƏNİB
İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.
“TV1” xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 100-ə çatıb.
Yaralıların sayının 400-ü ötdüyü bildirilir.
15:30 ———————————————————————————————————————————–
İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb.
“TV1” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
300-dən çox yaralının olduğu bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu mülki şəxslərə Hizbullahın silah saxlamaq üçün istifadə etdiyi yerlərdən uzaqlaşmaları barədə xəbərdarlıq edib.