media-1200x100

İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi

media-ads_728_90

Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında qanunu təsdiqləyib.

“TV1” xəbər verir ki, sənədə əsasən, İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260 700 000,0 manat məbləğində təsdiq edilir.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat;

İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000,0 manat.

Prezident İlham Əliyev sözügedən sənədlə bağlı fərman da imzalayıb.

media-ads_728_90
Paylaş