İstanbul derbisi: “Qalatasaray” öz meydanında “Fənərbağça”ya qarşı
Bu gün futbol üzrə Türkiyə Superliqasında XXV tura yekun vurulacaq.
“TV1” xəbər verir ki, turun bağlanış oyununda “Qalatasaray” öz meydanında “Fənərbağça”nı qəbul edəcək.
Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matçı sloveniyalı tanınmış hakim Slavko Vinçiç idarə edəcək.
İstanbul derbisi öncəsi “Qalatasaray” 63 xalla turnir cədvəlinə başçılıq edir. “Fənərbağça” isə 57 xalla 2-ci pillədə qərarlaşıb.