İstirahət günləri hava necə olacaq?
Avqustun 17-18-də ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun tədricən 3-4° yüksələcəyi gözlənilir.
“TV1” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Avqustun 17-si gündüz saatlarında havanın qısa müddətə tutulacağı ehtimal olunur.
Cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq. Bölgələrdə də müşahidə olunun yağıntılı hava şəraitinin avqustun 17-si gündüz saatlarınadək davam edəcəyi, 18-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq.