İsveçdə işsizlik səviyyəsi tarixi rekorda yaxınlaşır
İsveçdə cari ilin yanvar ayında işsizlik səviyyəsi gözlənilmədən 10,4% artaraq az qala tarixi rekord göstəriciyə yaxınlaşıb. 2021-ci ilin iyun ayında ölkədə işsizlik səviyyəsi ən yüksək həddə – 10,5% civarında olub.
“TV1” xəbər verir ki, məlumata görə, cari göstəricilər İsveç iqtisadiyyatı üçün daha bir şok olub.
Belə ki, İsveçin mərkəzi bankı sayılan Riksbank yanvar ayının sonunda uçot dərəcəsini illik 2,25%-ə qədər azaltmışdı. Uçot faizi ardıcıl üç iclasın yekunları əsasında endirilmişdi.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında İsveçdə işsizlik səviyyəsi 8,5 faiz, dekabr ayında 8 faiz təşkil edib.