media-1200x100

İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib

media-ads_728_90

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda Bakıda keçirilən növbəti beynəlxalq konfrans başa çatıb.

“TV1” xəbər verir ki, beynəlxalq konfransda 4 mövzu ətrafında panel sessiyalar keçirilib.

Bunlar aşağıdakılardır:

– Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi

– Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması

– İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri: onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi və cavablandırılması, əməkdaşlıq və tərəfdaşlıq sahələri

– İtkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər.

Panel müzakirələri başa çatandan sonra konfransın yekun bəyanatı qəbul edilib.

media-ads_728_90
Paylaş