Kanada hərbi gəmiləri Tayvan boğazında
Çin suverenliklə bağlı mübahisə mövzusu ola Kanada hərbi gəmisinin Tayvan boğazından keçməsinə reaksiya verib.
“TV1” xəbər verir ki, bu barədə Çin rəsmiləri bəyanat yayıb.
Məlumata görə, Çin Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin Kanada gəmisini kurs boyu izlədiyini bildirib.
“Gəmilərin hərəkəti Tayvan boğazında qəsdən problem yaratmaq, sülh və sabitliyi pozmaq məqsədi daşıyır”, – deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, Kanada gəmiləri daha əvvəl ABŞ hərbi gəmiləri ilə boğazdan keçsə də, bu dəfə gəminin təkbaşına üzməsi diqqət çəkib.