Kayseridə leysan yağışlar selə səbəb olub, nəqliyyatın hərəkətində maneələr yaranıb

media-ads_728_90

Türkiyənin Kayseri şəhərində axşam saatlarından başlayan güclü yağış və leysan selə səbəb olub.

“TV1” “TRT Haber”ə istinadən xəbər verir ki, sel səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bildirilib ki, şəhərin müxtəlif ərazilərində yeraltı keçidlərdə su yığıntıları formalaşıb, kanalizasiya xətlərinin daşmasından sonra yol qovşaqları gölməçəyə çevrilib.

Səlahiyyətli qurumlar sel və subasma ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

media-ads_728_90
Paylaş