Keçirilən etiraz aksiyaları zamanı yaralananlar var
İsrail əsgərləri Livanın cənubunda etirazçılara xəbərdarlıq atəşi açıb, nəticədə 5 nəfər yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.
Məlumata görə, “Hizbullah” şiə təşkilatının tərəfdarları arasından qaçqın ailələri səhər tezdən hərbi əməliyyatlar zamanı dağıdılmış Aita əş-Şaab, Kfar Kila və Meys əl-Cəbəl yaşayış məntəqələrinə gəliblər. Onlar orada mitinqlər və yürüşlər keçiriblər. Bununla da İsrailin 60 günlük atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi, qoşunların ölkənin cənubundan çıxarılmasının təxirə salmasına etirazlarını bildirmək niyyətində olublar.