Kəlbəcərin balı və yaylaq mədəniyyəti II Bal Festivalında

media-ads_728_90

Kəlbəcər rayonunda İkinci Bal Festivalı keçirilir.

‘’TV1’’  xəbər verir ki, festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları və ölkənin digər bölgələrindən məhsullarını brendləşdirmiş arıçı fermerlər iştirak edirlər.

Tədbir Kəlbəcər balının tanıdılması və yerli arıçıların dəstəklənməsi məqsədilə keçirilir.

Bundan başqa, festival həm də arıçıların yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə, həmçinin Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılmasına, bölgənin musiqisinin, rəqslərinin, milli-mədəni irsin təbliğinə də xidmət edir.

media-ads_728_90
Paylaş